Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

TOPLUM bölməsi

11:21 - 2 Aprel 2024

 Canlı yayımda bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı

Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.

DİN-dən Yenipress.az-a bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.

Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Xəbər xətti