Dünya yalançıları günü Nikolun peşə bayramıdır - Samsonyan

DÜNYA bölməsi

17:47 - 1 Aprel 2024

 Dünya yalançıları günü Nikolun peşə bayramıdır - Samsonyan

Nikol Paşinyanı peşə bayramı münasibətlə təbrik edirəm.

Yenipress.az xəbər verir ki, bunu erməni siyasi məhbus Narek Samsonyan Ermənistan Baş nazirinin istefaya gedəcəyi ilə bağlı yerli mediada yayılan 1 aprel zarafatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dünyada “yalançılar günü” kimi qəbul edilən bu günün ölkənin baş naziri ilə assosiasiya olunması utancvericidir:

“Dünyada hamı bu günü bir-biri ilə yumor və zarafat günü kimi qeyd edir. Erməni xalqı üçün isə bu gün manqurtların liderliyinin mahiyyətini simvollaşdırır. Yalan, hiylə, xəyanət, fəlakətlə bağlı olan, kökündən qoparılanların sinoniminə çevrilmiş rejim başçısının bayramı mübarək olsun.

SutNikol (saxta Nikol) çox tezliklə keçmişdə qalacaq, özündən sonra utanc və gələcək nəsillərə “heç vaxt Nikol olma” mesajı buraxacaq”.

Xəbər xətti