Karasin: İrəvanın bu bəyanatı çox təhlükəlidir!

DÜNYA bölməsi

17:05 - 1 Aprel 2024

 Karasin: İrəvanın bu bəyanatı çox təhlükəlidir!

Ermənistan Rusiya ilə qarşıdurma kontekstində ABŞ və sözün həqiqi mənasında Qərbin geosiyasi zarafat obyektinə çevrilir.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ermənistanın XİN rəhbəri  Ararat Mirzoyanın ABŞ və AB ilə tərəfdaşlıq barədə bəyanatını şərh edərkən deyib.

“Bu, çox təhlükəlidir və yeri gəlmişkən, təkcə İrəvanla Moskva arasındakı münasibətlərə deyil, həm də Ermənistanın regional və dünya məsələlərində nüfuzuna, eləcə də perspektivlərinə çox spesifik ziyan vura bilər. Bunu başa düşməmək çox təhlükəli bir aldatmadır”, - o bildirib.

Xəbər xətti