İran Moskva terrorundan əvvəl Rusiyaya xəbərdar edib

DÜNYA bölməsi

15:52 - 1 Aprel 2024

 İran Moskva terrorundan əvvəl Rusiyaya xəbərdar edib

İran “Krokus Siti Hall”dakı terror aktından əvvəl Rusiyaya  xəbərdarlıq edib ki, onun ərazisində böyük terror əməliyyatı keçirə bilər.

Yenipress.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“Rusiyadakı hücumdan bir neçə gün əvvəl İran öz ərazisində törədilmiş partlayışlara görə həbs olunanların dindirilməsi zamanı Rusiyada mümkün böyük terror aktı ilə bağlı məlumat alıb və bunu Moskva ilə bölüşüb. Belə ki, İranda həbs olunan terrorçulardan biri  qruplaşmanın bəzi üzvlərinin artıq Rusiyaya getdiyini bildirib. Lakin Tehranın gözlənilən hücumla bağlı Moskvaya verdiyi məlumatda vaxt və dəqiq hədəflə bağlı konkret təfərrüat olmayıb”, - məlumatda deyilir.

Xəbər xətti