İŞİD yaraqlıları ABŞ və digər ölkələrə hücum etməyə çalışacaq

DÜNYA bölməsi

10:45 - 1 Aprel 2024

 İŞİD yaraqlıları ABŞ və digər ölkələrə hücum etməyə çalışacaq

“İslam Dövləti” terror qruplaşmasının yaraqlıları ABŞ və digər ölkələrdə hücum təşkil etməyə çalışacaq.

Yenipress.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri, istefada olan general Kennet Makkenzi deyib.

“Xorasan vilayəti”  və “İslam Dövləti”nin vətənimizə hücum etmək istəyi güclüdür. Onların bu barədə iddialarına inanmalıyıq. Bunu etməyə çalışacaqlar. İnanıram ki, təhlükə artmaqdadır. Gələcəkdə ABŞ və digər ölkələrə hücum cəhdlərini gözləməliyik. Məncə, bu, qaçılmazdır”, - o bildirib.

Makkenzi qeyd edib ki, Amerika qüvvələri Əfqanıstandan çıxarılandan sonra “İslam Dövləti” tərəfindən təşkil edilən terror aktları riski artıb:

“Biz orda 2500, NATO tərəfdaşlarımız isə 4000 və ya 5000 əsgər saxlasaydı, o zaman Əfqanıstanda olmağımızın əsas səbəbi olan İŞİD-lə mübarizəni davam etdirə və daxildə hücumların qarşısını ala bilərdik. Düşünürəm ki, o zaman daha təhlükəsiz vəziyyətdə olardıq”.

Xəbər xətti