Azərbaycanlı xanım məhbusa yeni qadağa tətbiq edildi

GÜNDƏM bölməsi

10:16 - 1 Aprel 2024

 Azərbaycanlı xanım məhbusa yeni qadağa tətbiq edildi

Məşhəd şəhərinin Vəkilabad həbsxanasında saxlanılan azərbaycanlı xanım məhbus Fərzanə Qarahəsənliyə qarşı yeni qadağalar tətbiq edilib.

Yenipress.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Fərzanə Qarahəsənli həbsxanadan bayramla bağlı təbrik mesajı yazdığına görə yaxınları ilə görüşünə və telefon danışığına qadağa qoyulub.

Qeyd edək ki, 46 yaşlı Fərzanə Qarahəsənli və həyat yoldaşı Həmid Qarahəsənli 2022-ci il noyabrın 4-də həbs Kərəc şəhərində saxlanılıb. O, etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdiyi üçün həbs olunaraq, 5 il azadlıqdan məhrum edilib.

Xəbər xətti