Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək

DÜNYA bölməsi

11:39 - 1 Aprel 2024

 Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək

Ermənistanın Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkisinin sentyabrda keçirilməsinə qərar verib.

Yenipress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bununla bağlı Paşinyan partiyanın təcili toplantısını keçirib:

“Azərbaycanın kəndlərin qaytarılması ilə bağlı tələbləri o qədər çoxalıb ki, Paşinyan vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazir hesab edir ki, bu, məhz onun xilasıdır”.

Qeyd olunur ki, seçki sentyabrın 10-da keçirilməlidir.

Xəbər xətti