Ata körpəsinin paltarlarına qum və daş dolduraraq dənizə atıb... - Fotolar

KRİMİNAL bölməsi

11:04 - 1 Aprel 2024

 Ata körpəsinin paltarlarına qum və daş dolduraraq dənizə atıb... - Fotolar

Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib.

Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti