Gürcüstandan 3 dəfə az qazanmışıq – Səbəb

İQTİSADİYYAT bölməsi

20:52 - 30 Mart 2024

 Gürcüstandan 3 dəfə az qazanmışıq – Səbəb

Rəsmi rəqəmlərə görə, Azərbaycan 2023-cü ildə turizmdən 1,5 mlrd. dollar qazanıb, ölkəyə 2 mln. 85 min nəfər səfər edib. Quru sərhədlərin bağlı olması turizm sahəsinə ağır zərbələr vurur, iqtisadi aktivliyi zəiflədən faktorlardan biridir.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Gürcüstan 2023-cü ildə turizmdən 4,1 mlrd. dollar qazanıb, ölkəyə 7 mln. 72 min turist gəlib:

“Gürcüstanın 20% torpağını Rusiya işğal edib, Tiflisdən cəmi 100 km uzaqlıqda, Cənubi Osetiyada Rusiyanın böyük hərbi bazası var – amma, quru sərhədləri açıqdır, Rusiya ilə belə sərhədlərini bağlamayıb, yəni quru sərhədi açıq olduqda belə öz təhlükəsizliyini təmin edə bilir”.

Xəbər xətti