Həyat yoldaşı generalı məhkəməyə verdi

TOPLUM bölməsi

12:35 - 30 Mart 2024

 Həyat yoldaşı generalı məhkəməyə verdi

Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-Zadənin həyat yoldaşı generalı məhkəməyə verib.

Yenipress.az Unikal-a istinadən xəbər verir ki, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.

Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.

Xəbər xətti