Yaponiya Urmiya gölünü bərpa etməyə hazırdır - Səfir

TOPLUM bölməsi

10:40 - 12 Mart 2024

 Yaponiya Urmiya gölünü bərpa etməyə hazırdır - Səfir

Yaponiya Urmiya gölü və Ənzəli bataqlığını bərpa etməyə hazırdır.

Yenipress.az xəbər verir ki, bunu Yaponiyanın İrandakı səfiri Tesukada Tamaki deyib.

O, bu məsələni Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Əli Səlaciqə ilə müzakirə etdiyini bildirib:

“Artıq ekologiya və su məsələsi bir ölkənin daxili problemi deyil”, - o deyib.

Qeyd edək ki, Yaponiya hökuməti bir neçə il əvvəl də Urmiya gölünün bərpasını öz üzərinə götürməyi təklif edib, ancaq İran tərəfi buna müsbət cavab verməyib. Bununla yanaşı, Tokionun gölün bərpası layihəsi üçün maliyyə yardımı da təyinatı üzrə xərclənməyib.

Xəbər xətti


Digər xəbərlər