İrəvan müttəfiqimiz olaraq qalır - KTMT baş katibi

GÜNDƏM bölməsi

10:16 - 12 Mart 2024

 İrəvan müttəfiqimiz olaraq qalır - KTMT baş katibi

KTMT bəzi erməni elitaları arasında narahatlıq doğuran hadisələrə baxmayaraq, ölkə rəhbərliyinin siyasi ayıqlığına ümid edir, İrəvan müttəfiq olaraq qalır.

Yenipress.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“Gizlətməyəcəyəm ki, erməni elitasının bəziləri arasında müəyyən hadisələr narahatlıq doğurur. Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına ümid edirik. Xüsusi qeyd edim ki, İrəvan bizim müttəfiqimiz olaraq qalır, bütün mövcud öhdəliklər qüvvədə qalır. Həm mən, həm də katiblik təşkilatın qəbul etdiyi qaydalara və prosedurlara uyğun işləyirik. Təbii ki, analitiklərimizin və onların əllərində olan alətlərin köməyi ilə İrəvan ətrafındakı vəziyyəti və Ermənistanla təşkilat arasındakı münasibətləri təhlil edirik”, - o bildirib.

Xəbər xətti