Marağalı cütlüyün 6 min kilometrlik yürüşü başladı

TOPLUM bölməsi

16:00 - 11 Mart 2024

 Marağalı cütlüyün 6 min kilometrlik yürüşü başladı

Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən olan cütlük Marağadan Parisə qədər 6 min kilometrlik məsafəni piyada qət edəcəklər.

Yenipress.az xəbər verir ki, bu barədə idman mediası məlumat yayıb.

64 yaşlı Rəhim Məhəmmədrzayi və həyat yoldaşı qeyd olunan məsafəni 100 gündə, 5 ölkə və 300 şəhərdən keçərək başa vuracaqlar.

Qızıl Aypara Cəmiyyətinin könüllüsü, ekofəal Məhəmmədrzayi və xanımı bununla Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətə diqqət cəlb etmək niyyətindədirlər.

Qeyd edək ki, azərbaycanlı cütlük bundan əvvəl eyni məqsədlə 700 kilometrlik Urmiya gölü çevrəsini piyada qət edib.

Xəbər xətti


Digər xəbərlər