İran hökuməti hicab örtməyənləri belə cəzalandıracaq

DÜNYA bölməsi

09:58 - 11 Mart 2024

 İran hökuməti hicab örtməyənləri belə cəzalandıracaq

İran hökuməti məcburi hicab qaydasına riayət etməyənlər üçün cərimə tətbiqini nəzərdə tutan qanun hazırlayır.

Yenipress.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Məlumata əsasən, polis məmuru bir şəxsin hicab qanununu pozduğunu müəyyən edərsə, həmin şəxsin FİN kodunu və məlumatını müəyyənləşdirərək 3 milyon tümən cərimələyəcək və bu cərimə birbaşa onun bank hesabından çəkiləcək.

Sözügedən qanun layihəsinin Nəzarət Şurasının təsdiqindən sonra qüvvəyə minməsi və Ramazan bayramından sonra tətbiq olunacağı gözlənilir.

Xəbər xətti