Tramp və Bayden bunun üçün mübarizə aparır

DÜNYA bölməsi

15:13 - 7 Mart 2024

 Tramp və Bayden bunun üçün mübarizə aparır

Nikki Heylinin namizədlikdən çəkilməsindən sonra Donald Tramp və Co Bayden Nikki Heylinin tərəfdarlarını cəlb etməyə və bu səsləri öz xeyrinə dəyişməyə çalışır.

Yenipress.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Nevada, Şimali Karolina və Miçiqan ştatlarında təxminən 570 min seçici Nikki Heylini dəstəkləyib. Bu kiçik seçici qrupunun ciddi rəqabətdə həlledici rol oynayacağı vurğulanıb.

Həmçinin bəzi ekspertlər seçki kampaniyası təcrübəsinə əsaslanaraq respublikaçı olan Nikki Heylinin tərəfdarlarının avtomatik olaraq Demokratların namizədi olan Co Baydenə səs vermə şansının az olduğunu bildirib.

Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli prezidentlik yarışından geri çəkilib. O, bu seçkilərdə Donald Trampın əsas rəqibi hesab olunurdu.

Xəbər xətti