Türkiyə PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək

DÜNYA bölməsi

11:41 - 7 Mart 2024

 Türkiyə PKK-ya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK üzvlərinə qarşı genişmiqyaslı quru əməliyyatı gözlənilir.

Yenipress.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

“İlk olaraq “Pəncə-Kilid” əməliyyatının keçirildiyi bölgədə genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək. Əməliyyatdan əvvəl İraq mərkəzi rəhbərliyi və Bərzani ailəsinin nəzarətində olan Ərbil rəhbərliyi ilə razılıq əldə edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ankara bu əməliyyatla İraqla sərhədin bütün 378 kilometrini terrorçulardan təmizləməyə ümid edir.

Xəbər xətti