Sərhədə ordu toplanması və müharibə hazırlığı... - Asryan

GÜNDƏM bölməsi

12:35 - 5 Mart 2024

 Sərhədə ordu toplanması və müharibə hazırlığı... - Asryan

Hazırda Sünikdə (Zəngəzur – red.) vəziyyət sabitdir, heç bir gərginlik və toplanış yoxdur.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan Zəngəzur istiqamətində hərbi aktivlik müşahidə olunması haqda İrəvanda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O, sərhədə ordu toplanması və müharibə hazırlığı ilə bağlı iddiaların doğru olmadığını bildirib:

“Təmas xəttində həm bizim, həm də Azərbaycan ordusunun mövqeləri var. Qarşı tərəfin təxminən 20 mövqeyi varsa, deməli, bizim də o qədər mövqemiz var. Lakin dəqiq rəqəmi açıqlamayacağam. Əgər ordumuzun sərhəddəki fəaliyyətinə şübhə edən varsa, özü gəlib baxa bilər”, – Asryan qeyd edib.

Xəbər xətti