Rus ordusu İrəvana hansı şəhərdən girə bilər? - İlkin versiya

GÜNDƏM bölməsi

10:08 - 5 Mart 2024

 Rus ordusu İrəvana hansı şəhərdən girə bilər? - İlkin versiya

Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirib. Ermənistanın KTMT-dən çıxmaq istəməsinin ardınca bu kimi hadisələrin yaşanması diqqət çəkir.

Yenipress.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri kəskin fazaya daxil olub:

“İnformasiya cəbhəsində gedən müharibə meydana enmək mərhələsindədir. Ermənistanın Rusiya Federal Sərhəd xidmətinin, 102-ci bazanın çıxarılması tələbləri, eləcə də  KTMT-dən çıxmaq istəyi Kremli qəzəbləndirir. Ermənistan tələblərinin səviyyəsini yüksəldir. Buna səbəb isə Fransanın moderatorluğu ilə Qərbin İrəvana silah dəstəyi göstərməsi və mülki missiyanın sayının artmasıdır. Belə düşünürlər ki, mümkün Rusiya-Ermənistan qarşıdurmasında Avropa İttifaqı missiyası İrəvanın təhlükəsizliyini təmin edəcək. Lakin bu, yanlış yanaşmadır. Çünki Rusiya rəsmiləri açıqlamalarında qeyd edib ki, İrəvanın bu qəbildən hərəkətləri onun bir dövlət kimi varlığını sual altında qoyur. Rusiyanın əsas diqqəti Ukrayna cəbhəsinə yönəlib və Ermənistanla quru sərhədləri yoxdur. Bu da rəsmi İrəvanı cəsarətləndirir. Düşünürlər ki, hərbi fəaliyyət ola bilməz. Lakin quru sərhədlərinin olmaması Ermənistanı sığortalamır, çünki Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası var.

Hərbi ekspertin fikrincə, üçüncü qüvvələr regionda Rusiya-Ermənistan münaqişəsində maraqlıdırlar:

“Ermənistan “qırmızı xətti” tam keçmədiyi üçün Rusiya sakitlik nümayiş etdirir.

Avropa İttifaqı yumşaq güc vasitəsilə Rusiyanı Ermənistandan çıxartmağa çalışır. Lakin Moskva buna heç də müsbət mesaj vermir. Proses getdikcə daha qarışıa xarakter alır”.

Xəbər xətti