İt dişləyən azyaşlının vəziyyəti ağırdır - Rəsmi

TOPLUM bölməsi

11:23 - 4 Mart 2024

 İt dişləyən azyaşlının vəziyyəti ağırdır - Rəsmi

Qobuda it dişləyən doqquz yaşlı oğlanın vəziyyəti ağırdır.

Yenipress.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu məlumat yayıb.

O bildirib ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: "Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Qeyd olunub ki, uşaqda çoxsaylı yaralar müşahidə edilib:

"Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir".

Xəbər xətti