Salyanda tanınmış həkim və arvadı qətlə yetirildi - DİN-dən açıqlama

TOPLUM bölməsi

11:57 - 1 Mart 2024

 Salyanda tanınmış həkim və arvadı qətlə yetirildi - DİN-dən açıqlama

10:52

Salyanda ər və arvad qətlə yetirilib.

Yenipress.az Axar.az-a sitinadən xəbər verir ki, hadisə rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan İsrafil Məmmədov və onun həyat yoldaşı Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.

***

Martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti