Niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? - Şəmsəddin Hacıyev

TOPLUM bölməsi

17:18 - 28 Fevral 2024

 Niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? - Şəmsəddin Hacıyev

15:58

Eks-millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Yenipress.az xəbər verir ki, İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev Manset.az-a açıqlamasında məlumatı təkzib edib.

O, qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib:

“Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur”.

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.

Xəbər xətti