Urmiyalı məhbuslar məktub yazdı: İntihara sövq edilirik

TOPLUM bölməsi

11:41 - 23 Fevral 2024

 Urmiyalı məhbuslar məktub yazdı: İntihara sövq edilirik

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin həbsxanasında saxlanılan 800 məhbus açıq məktub yazaraq həbsxana rəhbərliyinin təzyiqlərinin dözülməz həddə çatdığını bildiriblər.

Yenipress.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlar həbsxana rəhbəri Peyman Zanzadənin məhbuslara və ailələrinə qarşı amansızlığını izah edib, bu səbəbdən bir neçə məhbusun intihara əl atdığını bildiriblər.

Məktub müəllifləri insan haqları təşkilatlarından yardım istəyib, əlaqədar dövlət qurumlarından Peyman Xanzadənin həbsxana rəhbərliyindən səlahiyyətlərinin götürülməsini tələb ediblər.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda Urmiya həbsxanasının ən qorxulu və intihar sayının çox olduğu həbsxanalardan biri kimi qeyd edib.

Xəbər xətti