Prezidentin yüksək vəzifə verdiyi Rzayev kimdir? - Dosye

TOPLUM bölməsi

16:51 - 22 Fevral 2024

 Prezidentin yüksək vəzifə verdiyi Rzayev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Yenipress.az Samir Rzayevin dosyesini təqdim edir:

Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.

Xatırladaq ki, ötən il “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, "Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

Qeyd edək ki, AZAL-ın bundan öncəki prezidenti Cahangir Əsgərov vəzifəsindən azad olunduqdan sonra AZAL prezidenti vəzifəsinin icrası Samir Rzayevə həvalə olunmuşdu.

Xəbər xətti