Bakı və İrəvan arasında sülh sazişinin əldə edilməsi... - ABŞ

GÜNDƏM bölməsi

10:59 - 22 Fevral 2024

 Bakı və İrəvan arasında sülh sazişinin əldə edilməsi... - ABŞ

ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına kömək etməkdə davam edəcək.

Yenipress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

“ABŞ-ın Dövlət katibi Entoni Blinken hələ də sülhün əldə oluna biləcəyinə inanır və o bu ölkələrin liderləri ilə bunu birbaşa müzakirə edərək, onları qalan problemlərin həlli üçün birgə işləməyə çağırıb. Biz sülh sazişini təşviq etməyə davam edəcəyik. Bilirəm ki, iki lider Münhendə ikitərəfli görüş keçiriblər. Razılaşmanın əldə edilməsi üçün ABŞ yardım və dəstək təklif etməyə davam edəcək”, - deyə o vurğulayıb.

Xəbər xətti