Ana dili günü ilə bağlı mədəni aksiyalar davam edir

GÜNDƏM bölməsi

14:20 - 20 Fevral 2024

 Ana dili günü ilə bağlı mədəni aksiyalar davam edir

21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində milli-mədəni fəallar Xiyavda (Meşkinşəhər) mədəni aksiya keçirərək, uşaqlara Azərbaycan dilində kitablar paylayıblar.

Yenipress.az xəbər verir ki, bu barədə sosial media şəbəkəsində paylaşımlar edilib.

Mədəni aksiyada Azərbaycan dili, mədəniyyəti və ana dilində təhsil hüququ ilə bağlı maarifləndirici bülletenlər də paylanılıb.

Qeyd edək ki, 3 gündür "Kimlik qalamız, ana dilimiz" şüarı altında Güney Azərbaycanın müxtəlif bölgələrində oxşar mədəni aksiyalar keçirilir.

Xəbər xətti