Şolts İlham Əliyevi təbrik etdi

GÜNDƏM bölməsi

15:05 - 15 Fevral 2024

 Şolts İlham Əliyevi təbrik etdi

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yenipress.az məktubun mətnini təqdim edir:

"Çox hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.

Sizinlə Münhen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".

Xəbər xətti