Güney Azərbaycanda kütləvi aksiya keçiriləcək

GÜNDƏM bölməsi

15:33 - 15 Fevral 2024

 Güney Azərbaycanda kütləvi aksiya keçiriləcək

Güney Azərbaycanda milli fəallar fevralın 21-də Ana Dili Günü münasibətilə kütləvi aksiya keçirəcəklərini bildirirlər.

Yenipress.az xəbər verir ki, bu barədə sosial mediada xəbərlər yayılıb.

Milli fəallar bu şüarları qaldıracaqlarını bildiriblər: “Öz dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Mən yanmasam, sən yanmasan, biz yanmasaq, nasıl çıxar qaranlıqlar aydınlığa!?”, “Dünyada qaranlıqlar, əgər cəm ola bahəm, bir zərrə şamın işığını söndürə bilməz!”

Güneylilər İran rejiminin repressiyalarından qurtulmaq üçün yeganə yolun ana dilində təhsil hüququnun bərpası olduğunu vurğulayırlar.

Xəbər xətti