Qətldən bir gün öncə polis Əhmədi niyə saxlayıb? - Şok faktlar

GÜNDƏM bölməsi

14:45 - 15 Fevral 2024

 Qətldən bir gün öncə polis Əhmədi niyə saxlayıb? - Şok faktlar

Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla öldürən 25 yaşlı gənc Əhməd Əhmədovla bağlı bəzi məqamlar açılıb.

Yenipress.az xəbər verir ki, hüquq mühafizə orqanlarından Musavat.com-a Əhməd Əhmədovun həqiqətən də ağır psixi xəstə olduğu və xüsusi müalicəyə ehtiyacı olduğu bildirilib

“Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında "dəlixana" deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələrmiş. Hər kəs deyəcəkmiş ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar...’’

Hüquq mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, baha qiymətinə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içmirmiş.

Məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanıbmış:

‘’Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və orada polislərə yalvarıb ki, oğlunu sutkalığa salmasınlar. Deyib ki, Əhmədin epilepsiyası var, polisdə qalsa epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad olunmasına nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini qətl edəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.

Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 15 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olmuşdu. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə etmiş və Əhmədi cəzadan qorumuşdu.

İddiaya görə, valideynləri Əhməd Əhmədovdan qorxurmuş. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündə olmayıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, onu təmir etdirib, oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.

Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndir.

O da məlum olub ki, Əhməd Əhmədov ona ‘’dəli’’ deyilməsindən çox qəzəblənirmiş.

Digər bir məlumata görə, Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə 102 xidmətinə məlumat veribmiş.

Hüquq mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və azyaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.

Xəbər xətti