Putin Varşavanı ittiham etdi: Polşa bu yolu bağladı

DÜNYA bölməsi

12:16 - 9 Fevral 2024

 Putin Varşavanı ittiham etdi: Polşa bu yolu bağladı

Polşa hakimiyyəti Almaniyaya böyük qaz axınını təmin edəcək “Yamal-Avropa” qaz kəmərini bağlayıb.

Yenipress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Polşadan keçən başqa bir marşrut “Yamal-Avropa” adlanır. Bu xətt böyük bir axın həyata keçirə bilər. Polşa onu bağladı, lakin Varşava  almanlardan istifadə edir və ümumavropa fondlarından pul alır. Bu fondların əsas donoru Polşanı müəyyən qədər qidalandıran Almaniyadır. Polşa isə  Almaniyaya gedən yolu bağladı. Nə üçün?” - o bildirib.

Xəbər xətti