ABŞ səfirliyindən seçkiyə reaksiya: həqiqi rəqabətin olmadığı məhdud mühit...

SİYASƏT bölməsi

08:00 - 9 Fevral 2024

 ABŞ səfirliyindən seçkiyə reaksiya: həqiqi rəqabətin olmadığı məhdud mühit...

 

Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür.

Yenipress.az xəbər verir ki, bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq, - səfirlikdən bildirilib.

Xəbər xətti