O, qalib İlham kimi tarixə düşəcək - Saakaşvili

GÜNDƏM bölməsi

23:30 - 8 Fevral 2024

 O, qalib İlham kimi tarixə düşəcək - Saakaşvili

Gürcüstan həbsxanasında cəza çəkən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenipress.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm. Heç kim Azərbaycan üçün Prezident İlham Əliyev qədər iş görməyib.

O, qalib İlham kimi tarixə düşəcək, onun prezidentlik illəri isə Azərbaycan tarixində qızıl dövr kimi qalacaq”, - məktubda deyilir.

Xəbər xətti