İrandan sensasion iddia: Azərbaycandan “idarə olunan” casuslar… - Video

GÜNDƏM bölməsi

11:54 - 8 Fevral 2024

 İrandan sensasion iddia: Azərbaycandan “idarə olunan” casuslar… - Video

10:33

İran təhlükəsizlik orqanları Azərbaycan tərəfindən “idarə olunan” bəzi “casus və terrorçuları” həbs etdiyini iddia edib.

Yenipress.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, casus və terrorçu adlandırdıqları və Azərbaycandan idarə olunduğunu iddia etdikləri bir neçə şəxs İrana daxil olub. Onlar ölkə daxilində təxribat əməliyyatları həyata keçirmək ittihamı ilə həbs edilib.

“Həbs edilən şəxslər casusluqdan əlavə, ölkədə təxribat əməliyyatları həyata keçirməyi planlaşdırıb, lakin bu şəxslər əməliyyatlardan əvvəl müəyyən edilərək həbs edilib”, - məlumatda bildirilib.

Xəbər xətti