Maduro Əliyevi təbrik etdi

SİYASƏT bölməsi

09:42 - 8 Fevral 2024

 Maduro Əliyevi təbrik etdi

Venesuela Prezidenti Nikolas Maduro İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Yenipress.az xəbər verir ki, təbrik onun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Azərbaycan xalqını və yenidən ölkənin prezidenti seçilmiş İlham Əliyevi təbrik edirəm. Liderlik, müdriklik, insanpərvərlik və  sizin rəhbərliyinizlə ölkə inkişaf və tərəqqi yolunda getməyə davam edəcək. Yeni böyük nailiyyətlərə doğru irəliləyin. Yaşasın Azərbaycan!”, - o bildirib.

Xəbər xətti