Şok: Ermənilər bu istiqamətdən hücuma hazırlaşır - Video

GÜNDƏM bölməsi

14:53 - 5 Fevral 2024

 Şok: Ermənilər bu istiqamətdən hücuma hazırlaşır - Video

Azərbaycan Dövlət Televiziyasının (AzTV) hər həftənin bazar günü efirə gedən “Həftə” analitik-informasiya proqramında sensasion sayılacaq məlumat açıqlanıb. Proqramın müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib ki, Fransanın dəstəyi ilə Ermənistan Azərbaycana hücuma hazırlaşır.

Yenipress.az xəbər verir ki, aparıcı hücumun Cermuk istiqamətindən planlaşdırıldığını deyib.

R.Məmmədov Fransa Milli Jandarma İdarəsinin generalı Uilyam De Meyerin Ermənistan ərazisinə səfərinə diqqət çəkib. O, deyib ki, fransalı general sərhədlərimizə yaxınlaşaraq binoklla müşahidə aparıb.

Rövşən Məmmədov aparıcı olduğu proqramda vəziyyəti bu cür şərh edib.

Sitat:

“Nədir, müharibəyə hazırlaşırsınız? Deyə bilərsiniz ki, “xeyr”. Lakin biz deyirik, “bəli”. Əks halda Fransa intensiv şəkildə Ermənistanın silah arsenalını artırmağa çalışmazdı, rəsmi Paris bu ölkədə yeni xarici kəşfiyyat xidməti yaratmazdı. Əks halda Avropa İttifaqı Azərbaycanın hərbi texnikası və canlı qüvvəsinin döyüş hazırlığı ilə bağlı hesabatlar hazırlamazdı və ya Avropanın agentura şəbəkəsinin üzvləri bir-birinin ardınca Azərbaycanın sərhədlərini keçməyə çalışmazdı”.

Daha ətraflı videomaterialda:

Xəbər xətti