“Azəriqaz” xalqı belə talayır - Şok görüntülər

TOPLUM bölməsi

17:22 - 5 Fevral 2024

 “Azəriqaz” xalqı belə talayır - Şok görüntülər

14:28

Ekspert Nüsrət Qasımov “Azəriqaz”ın qanunsuzluqlarını ifşa edib.

Yenipress.az xəbər verir, o, “Azəriqaz” tərəfindən ana xəttə hava vurulduğunu bildirərək, bununla bağlı görüntülər yayıb.

Qeyd edək ki, son günlər dəm qazından ölüm halları kəskin artıb.

***

Nüsrət müəllim peşəkar kimi bilməlidir ki, qaza yüksək təziqli hava vurulanda o mənzillərə getsə, həmin mənzillərdə partlayış baş verə bilər. Yüksək atmosfertəzyiqli hava kütləsini qaza vurub, fəsadsız keçinmək mümkün deyil. Boru təmizləmə zamanı qazın verilişi dayandırılır. Bu, başqa cür ola da bilməz.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

“Zaman-zaman boru xətlərinə hansısa səbəblərdən su kütləsi dolur. Qaz  xəttində su kütləsi olduqda, normal təzyiqli qazın verilməsini təmin etmək mümkün olmadığından bu su kütləsini çıxartmaq məcburiyyətində qalırıq. Belə ki, yüksək təzyiqli hava kütləsi abonentlərə verilən qazın mənşəyinə bağlanır və su kütləsinin çıxarılan yerdə başından xüsusi dəliklər açılaraq yüksək təzyiqli hava kütləsi vurulur. Bu yolla qaz xətlərində olan suyu vurub çıxarmaq mümkün olur. Su kütləsi borulardan təmizləndikdən sonra abonentlərə gedən xəttin qazı açılır  və normal təziqli qazla təmin edilir. Bu dünya praktikasında da istifadə olunan metoddur. Su kütləsinin borulardan təmizlənməsinin başqa bir alternativi yoxdur”, - o bildirib.

Xəbər xətti