Vətəndaşlar xəstəxanalardan bu sənədi tələb edə bilər - Nazirlik

SAĞLIQ bölməsi

16:32 - 31 Yanvar 2024

 Vətəndaşlar xəstəxanalardan bu sənədi tələb edə bilər - Nazirlik

Vətəndaş xəstəxanada ionlaşdırıcı şua mənbəyi hesab edilən qurğulardan istifadə zamanı xüsusi icazə və lisenziya sənədini tələb edə bilər.

Bu barədə Yenipress.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat verib.

Mərkəzdən bildirilib ki, özəl tibb müəssisələri ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğuların (rentgenoloji müayinə, kompüter tomoqrafiyası) istismarı üçün müvafiq qurumdan (FHN) xüsusi icazə əldə etdikdən sonra bu müayinələrin aparılması və tibbi xidmətlərin göstərilməsi üçün müvafiq lisenziya almalıdır.

Rentgenoloq Kəmalə Əliyevanın sözlərinə görə, FHN ildə bir-iki dəfə xəstəxanalarda belə yoxlama keçirir:

“Şualanma dərəcəsini göstərən dozimetrik cihazını Respublika Gigiyena və Epidemiologiya Mərkəzində 3 aydan bir qediyyatdan keçiririk. Rentgenoloq olaraq aylıq nə qədər şüalanıram, orada göstərilir. Norma daxilində şüalanma olarsa, problem yaşanmır. FHN-in əməkdaşları gələndə həmin sənədi təqdim edirik. Bununla yanaşı FHN-in əməkdaş qrupu cihaz vasitəsilə rengen otağını içəridən və dəhlizdən yoxlayır”.

Xatırladaq ki, FHN mütəmadi olaraq bəzi xəstəxanalarda yoxlama keçirir. İonlaşdırıcı şua mənbəyi hesab edilən qurğunun - rentgenoqrafiya avadanlığının radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar aşkar etdiyi zaman xəstəxanada rentgen-müayinə fəaliyyətini dayandırır.

Sevil Əliyeva

Xəbər xətti