Gürcüstan və Azərbaycan gömrüyü açıqladı: Rəqəmlər uyğun gəlmir

GÜNDƏM bölməsi

15:03 - 25 Yanvar 2024

 Gürcüstan və Azərbaycan gömrüyü açıqladı: Rəqəmlər uyğun gəlmir

Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, ötən il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 15,5% artaraq 1 milyard 515,981 milyon ABŞ dolları olub. Məlumata görə, Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 28,2% artaraq 862,07 milyon ABŞ dolları (ümumi ixracın 14,2%-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2,1% artaraq 653,911 milyon ABŞ dolları (ümumi idxalın 4,2%-i) olub.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, ilk dəfədir Gürcüstandan satdığımızdan çox mal-məhsul almışıq:

“Amma başqa məsələ də var: Azərbaycan Gömrük Komitəsi tamam başqa məlumatlar yayıb, 2023-cü ildə, Gömrük Komitəsinin rəsmi məlumatına görə, Gürcüstanla ticarət dövriyyəmiz cəmi 885 mln. 826 min dollar olub. Və biz Gürcüstana 759,5 mln. dollarlıq mal satmışıq, Gürcüstandan isə, guya, 126,3 mln. mal-məhsul almışıq”.

İqtisadçı ekspert bildirib ki, statistikada bu qədər ciddi fərqin yaranması çox təəccübldür:

“Statistikada 1 mlrd. manata yaxın fərqə görə Gömrük Komitəsi izahat verməlidir”

Xəbər xətti