İllər sonra insan haqları missiyası Qarabağa gedə bilib - Miyatoviç

SİYASƏT bölməsi

16:27 - 23 Yanvar 2024

 İllər sonra insan haqları missiyası Qarabağa gedə bilib - Miyatoviç

Azərbaycan-Ermənistan münaqişəsi zamanı uzun müddət ərzində insan hüquqlarının pozulması halları qeydə alınıb.

Yenipress.az xəbər verir ki, bunu Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç AŞPA-da 2023-cü il üzrə illik hesabatını təqdim edərkən deyib.

O, İrəvan və Bakını sülh danışıqları zamanı insan hüquqlarının müdafiəsinə diqqət yetirməyə çağırıb.

“Bir neçə gün əvvəl mən Ermənistan və Azərbaycana, o cümlədən Azərbaycanın Qarabağ bölgəsinə səfər etdikdən sonra müşahidələrimi dərc etdim. Onilliklər ərzində ilk dəfə idi ki, belə bir insan haqları missiyası Qarabağ bölgəsinə səfər edə bildi. Qarabağ münaqişəsindən əziyyət çəkən bütün şəxslərin hüquqlarının səmərəli müdafiəsi sülh uğurlu açarıdır”, - komissar bildirib.

Xəbər xətti