AŞPA Azərbaycana sanksiyaya çalışır - Sensasion iddia

SİYASƏT bölməsi

15:07 - 22 Yanvar 2024

 AŞPA Azərbaycana sanksiyaya çalışır - Sensasion iddia

Avropa Şurası Parlament Assambleyası təşkilatın prinsiplərini pozduğuna görə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmağı planlaşdırır.

Yenipress.az xəbər verir ki, bu barədə “Yevropeyskaya Pravda”ya belə bir addımın hazırlanması ilə tanış olan bir neçə mənbə bildirib.

Məlumata görə, artıq AŞPA-nın Prezident Komitəsi səviyyəsində Azərbaycan üçün məhdudiyyətlərin başlanması ilə bağlı fundamental qərar qəbul edilib:

“Günün ikinci yarısında plenar iclasın start verilməsi ilə deputatlar rəsmi olaraq prosedura başlayıblar. Çox güman ki, bu, Almaniya nümayəndəsinin rəsmi təşəbbüsü ilə irəli sürülür. Ölkəyə qarşı rəsmi şikayət Azərbaycanda fevralda keçiriləcək prezident seçkisinə AŞPA-dan müşahidəçilərin dəvət edilməməsi ilə bağlı olacaq. Azərbaycanın AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmaması ilə bağlı şikayət də var”.

Xəbər xətti