Oqtay Şirəliyev xərçəng imiş - Vəziyyəti ağırdır

TOPLUM bölməsi

14:40 - 22 Yanvar 2024

 Oqtay Şirəliyev xərçəng imiş - Vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, sabiq Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində problem yaranıb. O, müalicə üçün Türkiyəyə aparılıb.

Yenipress.az Bakupost.az-a istinadən xəbər verir ki, sabiq nazir xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla bağlı dəfələrlə Almaniyada və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib. Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Hazırda Türkiyədə müalicə alan sabiq nazirin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə 23 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Səhiyyə naziri vəzifəsindən azad edilib.

Xəbər xətti