Ukrayna Peterburqdakı qaz terminalını vurdu

DÜNYA bölməsi

10:13 - 22 Yanvar 2024

 Ukrayna Peterburqdakı qaz terminalını vurdu

Sankt-Peterburq yaxınlığındakı böyük qaz terminalında yanğın baş verib.

Yenipress.az xəbər verir ki, bu barədə Leninqrad qubernatoru Aleksandr Drozdenko məlumat yayıb.

Onun sözlərinə görə, Ust-Luqa limanında yerləşən “Novatek” şirkətinin terminalında baş verən yanğında xəsarət alan olmayıb.

Hadisə yerində yanğınsöndürənlər və təcili yardım maşınları işləyir.

Ukrayna Teleqram kanalları terminalın iki pilotsuz təyyarənin hücumu səbəbindən alovlandığını yazıb.

Qeyd edək ki, Ust Luqa terminalı Rusiya Federasiyasının ən vacib terminallarından biridir. O, həm də Rusiya qoşunlarını yanacaqla təmin edir.

Xəbər xətti