Bakı nəyin bahasına olursa olsun oranı almaq istəyir – Ohanyan

SİYASƏT bölməsi

10:14 - 19 Yanvar 2024

 Bakı nəyin bahasına olursa olsun oranı almaq istəyir – Ohanyan

Laçın dəhlizi aylarla bağlı olanda Azərbaycan açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizi açıldığı halda Laçın dəhlizini açacağıq. Deyirdilər ki, bizim Naxçıvan və Türkiyə ilə, sizin isə Qarabağla birbaşa yolunuz olacaq.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak”ın şərhçisi Armine Ohanyan yazıb.

O bildirib ki, İrəvan buna razı olmadığı üçün “Laçın dəhlizi” açılmadı:

“Nəticədə Qarabağı da itirdik. Çoxu Zəngəzur dəhlizinin Mehri və Sünikin bir hissəsinin verilməsinə bərabər olacağına inanırdı. Biz Süniki Artsaxla “mübadilə” edə bilməzdik. İndi Azərbaycan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”.

A.Ohanyan iddia edib ki, Azərbaycan nəyin bahasına olursa olsun Zəngəzur dəhlizini əldə etməyə çalışacaq:

“Rəsmi Bakı bu məqsədinə çatarsa, məlum olacaq ki, biz həm Qarabağı itirmiş, həm də dəhlizi vermiş olacağıq”.

Xəbər xətti