Forum üçün Davosda olan Pakistanın baş naziri təcili ölkəsinə qayıtdı

SİYASƏT bölməsi

10:53 - 18 Yanvar 2024

 Forum üçün Davosda olan Pakistanın baş naziri təcili ölkəsinə qayıtdı

Pakistan müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada qayıdır.

Yenipress.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat brifinqində məlumat verib.

Onun sözlərinə görə, İranla yaranmış gərginliyə görə Baş nazir Davos səfərini yarımçıq qoymaq qərarına gəlib.

XİN sözçüsü əlavə edib ki, Pakistan XİN rəhbəri Cəlil Abbas Cilani də Qoşulmama Hərəkatının Uqandada keçirlən sammiti ilə bağlı səfərini yarımçıq qoyaraq qayıdıb.

Xəbər xətti