Pakistan İrana raket zərbəsi endirdi: 9 nəfər öldü

DÜNYA bölməsi

12:33 - 18 Yanvar 2024

 Pakistan İrana raket zərbəsi endirdi: 9 nəfər öldü

09:27

Pakistan İran ərazisinə raket zərbələri endirib. 

Yenipress.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəmət məlumat verib.

“Sərhəd kəndlərimizdən birinə Pakistan tərəfindən raket zərbəsi endirildi. Hücum zamanı üç qadın və dörd uşaq həlak olub”, - Mərhəməti bildirib.

Onun sözlərinə görə, daha bir partlayış Sistan və Bəlucistan əyalətinin Seravan şəhəri yaxınlığında baş verib, itki yoxdur.

***

İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.

Bu barədə İran KİV-i məlumat yayıb.

Xəbər xətti