4 kəndə Azərbaycan Ordusu nəzarət edir - Qazaryan

SİYASƏT bölməsi

14:53 - 17 Yanvar 2024

 4 kəndə Azərbaycan Ordusu nəzarət edir - Qazaryan

Geqarkunik vilayətinin (Göyçə mahalı – red.) Azərbaycanla sərhədi 70 kilometrdən 200 kilometrə qədər artıb.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Arman Qazaryan deyib.

Deputat sərhəddə yerləşən bəzi icmaların İrəvanın diqqətindən kənarda qaldığını bildirib:

“Hökumət sərhəddə yerləşən icmaların siyahısını hazırlayıb. Maraqlıdır ki, əsas zonalar bu siyahıya əlavə edilməyib. Oradakı icmalar bu səbəblə dövlət dəstəyi ala bilmirlər. Pəmbək, Daranak, Arequni, Geqamasar, Tretuk, Avazan, Arpunk, Kakhak, Kutakan və Axpradzor kəndləri bura daxildir. 2022-ci ildə yaşanan toqquşmadan sonra bu icmalardan dördünə Azərbaycan hərbçiləri nəzarət edir. Lakin hökumət digər icmalara dəstək verməyə tələsmir. Əsasən Vardenis və Geqarkunikin əraziləri buraya daxildir”.

Xəbər xətti