Rövnəq Abdullayevin xəstəliyi nədir? - Açıqlama

TOPLUM bölməsi

12:53 - 15 Yanvar 2024

 Rövnəq Abdullayevin xəstəliyi nədir? - Açıqlama

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yaranıb.

Yenipress.az xəbər verir ki, AFFA-nın mətbuat katibi Elnur Məmmədli Musavat.com-a açıqlamasında Rövnəq Abdullayevin hazırda özünü yaxşı hiss etdiyini bildirib.

“Soyuqdəymə, qrip idi. Digər insanlar yoluxmasın deyə iclas və futbol akademiyasının açılışı təxirə salındı. İclas və akademiyanın açılış tarixi dəqiqləşən kimi rəsmi sayt vasitəsilə bu barədə məlumat veriləcək”.

Xəbər xətti