Prezident PA rəhbərinə daha bir vəzifə verdi

TOPLUM bölməsi

13:10 - 13 Yanvar 2024

 Prezident PA rəhbərinə daha bir vəzifə verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Yenipress.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin olunub.

Xəbər xətti