ABŞ və Britaniya Yəməndə əməliyyata başladı - Video

DÜNYA bölməsi

08:50 - 12 Yanvar 2024

 ABŞ və Britaniya Yəməndə əməliyyata başladı - Video

Gecə saatlarında London şəhərində ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirilməsi ilə bağlı qərar qəbul edilib.

Yenipress.az xəbər verir ki, sözügedən əməliyyat artıq başlayıb və “Rifahın Keşikçisi” adlandırılır. Səbəb kimi husilərin Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə edilən hücumlar göstərilir.

Husilər isə öz növbəsində hücumları Həmas ilə həmrəy olduqlarını bildirmək üçün həyata keçirdiklərini və bunun İsrailin Qəzzada əməliyyatı bitənədək davam etdiriləcəyini bildirir. ABŞ və Böyük Britaniyanı Kanada, Hollandiya, Bəhreyn, Avstraliya dəstəkləyir. Gecə saatlarında Yəmənin paytaxtı Sənaya, eyni zamanda Hudeyda liman şəhərləri bombalanıb. Pentaqon Yəməndəki husi hədəflərinə, o cümlədən raket obyektləri və silah anbarlarına qarşı hədəfli zərbələr endirmək variantları hazırladıqlarını açıqlayıb. Zərbələr döyüş təyyarələri və sualtı qayıqlardan və Tomaqavk raketlərindən istifadə etməklə həyata keçirilir.

Eskalasiya fonunda neftin qiyməti 2,5% artıb. Rusiya isə Yəmənə endirilən zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Yəmənin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, "Husilər"in nümayəndəsi Əbdülsalam Jahaf isə açıqlamasında dünyanın ABŞ-nin məğlubiyyəti xəbərinə hazırlaşmalı olduğunu qeyd edib.

Xəbər xətti