Atası Zaurun intihar səbəbini açıqladı - Video

KRİMİNAL bölməsi

19:14 - 2 Yanvar 2024

 Atası Zaurun intihar səbəbini açıqladı - Video

Vəkillər Kollegiyasının yanında özünü yandıraraq intihar edən vəkil Zaur Məmmədovun atası İsa Məmmədov Baku TV-yə danışıb.

Yenipress.az xəbər verir ki, o, oğlunun müstəntiqə verdiyi pulu geri ala bilməməsi səbəbinbdən intihar etdiyini açıqlayıb.

“İşi düzəltmək üçün müstəntiqə 10 min manat pul verib. Pulu verən adam şikayət edib, Zaur da gedib müstəntiqdən pulu istəyib, amma ala bilməyib. Ona görə də özünə qəsd edib”.

Mərhumun atasının sözlərinə görə, oğlu problemi olduğunu ailəsindən gizlədirmiş:

“Həftədə, on gündə bir dəfə gəlirdi. Telefonla da əlaqə saxlayırdıq. Həmişə deyirdi ki, işim yaxşıdır, problem yoxdur”.

Ətraflı videonu təqdim edirik:

 

Xəbər xətti