Kriminal avtoritet Bakıda həbsxanada öldü

KRİMİNAL bölməsi

16:16 - 30 Dekabr 2023

 Kriminal avtoritet Bakıda həbsxanada öldü

Bakı həbsxanasında məhkum ölüb.

Yenipress.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən Ağaverdi Ağaşirin oğlu Qafarov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Ağaverdi Qafarov bir neçə il əvvəl həbs edilibmiş.

Kriminal aləmlə yaxın əlaqələri olan və dəfələrlə məhkumluq həyatı yaşayan Ağaverdi Qafarov silah saxlama və narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinib.

Xəbər xətti